ANAR MƏMMƏDOVUN “GÜNDƏM XƏBƏR”Ə QARŞI İDDİASI BAXIŞA TƏYİN EDİLDİ

Yasamal rayon məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə iş adamı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Gündəm xəbər” qəzetinə qarşı iddiası üzrə məhkəmə  hazırlıq iclası keçirilib.

Anar Məmmədovun nümayəndəsi Nihad Axundov “Gündəm öəbər” qəzetində dərc olunan “Nazir oğlu dəmir yol xəttini ələ keçirdi” və “Anar Məmmədova məxsus avtobus qəzaya uğradı” başlıqlı yazıların həqiqətə uyğun olmayan hesab edilməsi və mənəvi zərərə görə 30 min manat tələb etdiklərini bildirdi.
    “Gündəm Xəbər” qəzetinin nümayəndəsi Nəsimi Şərəfxanlı isə iddiadakı mənəvi ziyanın nəyə əsaslandığının anlaşılmadığını və iddia ilə razı olmadıqlarını bildirib.  
    Hakim işin baxışa təyin edilməsi və prosesin 19 oktyabr saat 11:00-da keçirilməsi ilə bağlı qərar qəbul edib.

Previous Post

İTM-nin ƏSASNAMƏSİ İCTİMAİYYƏTİN İŞTİRAKI İLƏ HAZIRLANMALIDIR

Next Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN FORUMU KEÇİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.