Yasamal rayon məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə iş adamı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Gündəm xəbər” qəzetinə qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Anar Məmmədovun nümayəndəsi Nihad Axundov “Gündəm öəbər” qəzetində dərc olunan “Nazir oğlu dəmir yol xəttini ələ keçirdi” və “Anar Məmmədova məxsus avtobus qəzaya uğradı” başlıqlı yazıların həqiqətə uyğun olmayan hesab edilməsi və mənəvi zərərə görə 30 min manat tələb etdiklərini bildirdi.
“Gündəm Xəbər” qəzetinin nümayəndəsi Nəsimi Şərəfxanlı isə iddiadakı mənəvi ziyanın nəyə əsaslandığının anlaşılmadığını və iddia ilə razı olmadıqlarını bildirib.
Hakim işin baxışa təyin edilməsi və prosesin 19 oktyabr saat 11:00-da keçirilməsi ilə bağlı qərar qəbul edib.