ANDRES HERKEL EYNULLA FƏTULLAYEV VƏ BLOGERLƏRİN AZAD EDİLMƏSİNİ İSTƏYİB

Dünən (19 may) Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsində Azərbaycanda demokratik institutların durumuna dair hesabat dinlənilib.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel “Azadlıq”  radiosuna müsahibəsində bildirib ki,  Azərbaycanda söz azadlığı və sərbəst toplaşma ilə bağlı problemlərin qalır.  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin əfv olunmasını müsbət qiymətləndirən həmməruzəçi çatışmazlıqları da qeyd edib:
”Təəssüflənirəm ki, Avropa Şurasına qoşulandan sonra Azərbaycanda keçirilən seçkilərin heç biri bütövlükdə standartlara cavab verməyib. Müsbət dəyişiklikləri etiraf etmək lazımdır. Məsələn, Qənimət Zahidin əfv olunması. Ancaq Fətullayev və iki bloqqeri azad etsələr, Azərbaycanda inkişaf yoxdur deməyəcəyəm. Hesab edirəm ki, onların azad olunması vəziyyəti yaxşılaşdırardı” – deyə Herkel vurğulayıb.  

Previous Post

AZƏRBAYCANLI JURNALİSTLƏRƏ MÜKAFAT TƏQDİM OLUNUB

Next Post

AZƏR AYXANA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB Bu gün (20 may) Niz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.