Dünən (19 may) Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsində Azərbaycanda demokratik institutların durumuna dair hesabat dinlənilib.
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, Azərbaycanda söz azadlığı və sərbəst toplaşma ilə bağlı problemlərin qalır. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin əfv olunmasını müsbət qiymətləndirən həmməruzəçi çatışmazlıqları da qeyd edib:
”Təəssüflənirəm ki, Avropa Şurasına qoşulandan sonra Azərbaycanda keçirilən seçkilərin heç biri bütövlükdə standartlara cavab verməyib. Müsbət dəyişiklikləri etiraf etmək lazımdır. Məsələn, Qənimət Zahidin əfv olunması. Ancaq Fətullayev və iki bloqqeri azad etsələr, Azərbaycanda inkişaf yoxdur deməyəcəyəm. Hesab edirəm ki, onların azad olunması vəziyyəti yaxşılaşdırardı” – deyə Herkel vurğulayıb.