ARTIQ AĞRIKƏSİCİLƏR QƏNİMƏT ZAHİDƏ KÖMƏK ETMİR

Bazar ertəsi (29 sentyabr) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) görüşüb. 

Bu məlumatı RATİ-yə Mürsəliyevanın özü verib: ”Revmatizm ilə əlaqədar Qənimətin ağrıları  daha da kəskinləşib. Bu ağrıların qarşısını ağrıkəsici dərmanlarla kəsmək mümkün deyil. Bu dərmanların heç bir təsiri yoxdur. Bunun üçün Qənimət  mütləq müalicə müəssisəsinə köçürülməli və orda müalicə olunmalıdır”.
Mürsəliyevanın sözlərinə görə, Zahid müalicə müəssisəsinə köçürülməsinin qarşısının Prezident Aparatı tərəfindən alındığını  iddia edib. Habelə baş redaktor əlyazmalarının taleyi ilə də maraqlanıb və o, hesab edib ki, əlyazmalarını qanunsuz müsadirə edənlər  (http://www.irfs.az/content/view/1322/28/lang,az) mütləq cəzalandırılmalıdır.
Yeri gəlmişkən qeyd edək ki, sabah Zahidin əlyazmaları ilə bağlı məhkəmə prosesi davam edəcək.
 

                          

Previous Post

“KASPİAN PLAZA”NIN KONFRANS ZALI FƏALİYYƏTİNİ DAVAM ETDİRİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.