Dünən (9 iyun) ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ABŞ Helsinki Komissiyasında çıxış edərək hökumətləri jurnalistlərə qarşı zorakılığı dayandırmağa, həbsdəki jurnalistləri azad etməyə və internetlə bağlı mətbuat azadlığını daha yaxşı müdafiə etməyə çağırıb.
“Jurnalistlərə qarşı zorakılığın və diffamasiya və başqa jurnalistlik səhvlərinə görə həbs olunmanın jurnalistika üzərində hədələyici təhlükəsi var” deyə Miyatoviç bildirib. Miyatoviç Azərbaycan, Xorvatiya, Qırğızıstan, Monteneqro, Rusiya Federasiyası, Serbiya, Türkiyə və Ukraynada jurnalistlərin qətlə yetirilməsini pisləyib. O həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan daxil olmaqla ATƏT üzvü olan bəzi dövlətlərdə jurnalistlərin həbs olunmasını da tənqid edib.