AVROPA İTTİFAQININ NÜMAYƏNDƏLƏRİ HƏBSDƏKİ BLOQÇU İLƏ GÖRÜŞÜBLƏR

Sentyabrın 3-də Avropa İttifaqının nümayəndələri 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan gənc bloqçu Adnan Hacızadə ilə görüşüblər. Bu barədə bu gün (07 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bloqçunun atası Hikmət Hacızadə məlumat verib.

H. Hacızadənin sözlərinə görə ötən həftə oğlu ilə görüşə bilmədiyindən xarici qonaqlar vasitəsilə oğluna yemək və ərzaq göndərilib. O həmçinin gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib.
Xatırladaq ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin  müəllifləri Adnan Hacızadə və Emin Milli 08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

Previous Post

ELAN!

Next Post

“SÖZ VƏ İFADƏ AZADLIĞINA İCTIMAİ DƏSTƏK” FORUMU İŞINƏ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.