AZƏRBAYCANLI HAKERLƏR AZƏRBAYCANIN RƏSMİ STRUKTURLARININ SAYTLARINI DAĞIDIB

oktyabr 4th, 2008
“Nəyə görə mən xaricdə təhsil ala bilmirəm? Çünki pulum yoxdur ve müəllimlər məni dirəyib pul istəyirlər… 

Axı mənim nə günahım var ki? Mən də pul yoxdursa məcbur qalıb öz sözümü dövlət saytlarını xaklamaqla (dağıtmaqla – red.) dedim!!!”
RATİ-yə daxil olan məlumata görə, bu cümlələrin müəllifi
http://www.azstand.gov.az/, http://www.audit.gov.az/index.php?menu=148,  http://www.21century.edu.az/,
http://www.agro.gov.az/tmp/,  http://www.agro.gov.az/tmp/index.html

 “Yeni Müsavat” qəzetinin bu günkü (02 oktyabr) sayında isə dünən axşam (01 oktyabr)  azərbaycanlı hakerlərin Milli Məclisin  www.meclis.gov.az saytına hücum edildiyi bildirilir.
“Ordudakı rüşvətxorluğa qarşı çıxan “Azerbaijan defacers” adlı proqramçılar qrupu öz etirazını MM-in saytını dağıtmaqla ifadə edib” – deyə qeyd edən qəzet hakerlərdən də sitat gətirir: “Ramil Səfərov bizim namusumuza və bayrağımıza görə öz həyatını puç elədi. Amma biz niyə birləşib torpaqlarımızı almaqdansa, dövlətimizi rüşvət üzərində qururuq? Bir ildir virtual məkanda düşmənə qarşı mübarizə aparırıq. İndi siə vətənə xidmət etməyə gedirik. Axı hərbi komissarlıq bizi hansısa bölgəyə xidmətə göndərmək üçün niyə rüşvət istəyir? Vətəni qorumağa gedən əsgərlərdən rüşvət istəyən zabitlərə ar olsun!”, – deyə “4R!F”, “Ələkbər”, “AGGO”, “Alor”, “Step-by-Step” və “Naxçıvan” ləqəbli hakerlər bildiriblər.