AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOVA AÇIQ MÜRACİƏT

Cənab nazir!

“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” İctimai Birliyi (RATİ) Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin araşdırılması, jurnalistlərin, KİV-in hüquqlarının müdafiəsi, monitorinqi ilə məşğul olur və apardığı araşdırmalar əsasında müvafiq hesabatlar, bu və ya digər məsələnin həlli  üçün müvafiq təkliflər hazırlayır.

RATİ 2006-cı ilin may ayında bir qrup jurnalist tərəfindən təsis olunub və həmin ilin  sentyabr ayında  Ədliyyə Nazirliyi tərəfindən rəsmi  qeydiyyata alınıb.

Diqqətinizə çatdırım ki, yanvarın 19-da səhər saatlarında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Bakı şəhəri  R.Behbudov küçəsi 8 ünvanında yerləşən ofisi  polis və mülki geyimli şəxslər  tərəfindən təxminən bir saat ərzində nəzarətə götürülüb. Ərazidə  onlarla polis əməkdaşı, mülki geyimli şəxs, post-patrul xidmətinin maşınları dayanıb. Hətta Bakı şəhər Baş Polis İdarəsi  rəisinin müavini, polis generalı Yaşar Əliyev də ərazidə olub.

Saat 10.30 radələrinə  3-4 nəfər mülki geyimli şəxs RATİ-nin mətbuat mərkəzinə daxil olaraq burada keçirəcək tədbirlərlə maraqlanıblar. Amma həmin şəxslər maraqlarının səbəbini və kimlikləri barədə məlumat verməyiblər.
Bu hal RATİ əməkdaşları və RATİ-də qonaq qismində olan şəxsləri ciddi narahat edib. Sizdən xahiş edirəm ki, ofisimizin hansı səbəbdən nəzarətə götürülməyi barədə ictimaiyyətə açıqlama verəsiniz.
 
Əvvəlcədən təşəkkür edirəm.
Hörmətlə,

“Reportyorların Azadlıq və Təhlükəsizlik
İnstitutu” İctimai Birliyinin  sədri
Emin Hüseynov

Previous Post

TELERADİO ŞURASININ SON MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ NARAZILIQLA QARŞILANDI

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.