AZƏRBAYCANDA İCTİMAİ-SİYASİ VƏZİYYƏT AZAD SEÇKİLƏRİN KEÇİRİLMƏSİNƏ XİDMƏT ETMİR

“Azərbaycanda ictimai-siyasi vəziyyət azad və ədalətli parlament seçkilərinin keçirilməsinə xidmət etmir”. Bu  Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sentyabrın 2-də açıqladığı hesabatda deyilir.

“Təəssüf ki, seçkiqabağı demokratik atmosfer haqqında danışmağa dəyməz. Bu ilin aprelindən Bakıda keçirilən 9 etiraz aksiyası dağıdılıb. Onların iştirakçılarının bir çoxu inzibati həbslərə və fiziki təzyiqlərə məruz qalıb. Toplaşma azadlığı yalnız küçə aksiyaları zamanı deyil, həm də vətəndaş cəmiyyəti tərəfindən qapalı yerlərdə keçirilən tədbirlər zamanı məhdudlaşdırılır. Belə ki, Gəncə, Yevlax, Naxçıvan, Şəki, Mingəçevirdə bəzi QHT-lərin tədbirləri bu səbəbdən  baş tutmayıb”, – deyə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesabatın təqdimatı amanı bildirib.

 

O,  ölkədə söz və fikir azadlığı ilə bağlı da ciddi problemlərin olduğunu, əsasən telekanallarda siyasi plüralizmin olmadığını deyib. “Jurnalist Eynulla Fətullayevin, blogerlər Emin Milli və Adnan Hacızadənin həbxsanada saxlanması seçkiqabağı durumun demokratikləşməsinə və seçki prosesinə siyasi inamın artırlımasına xidmət etmir”, –  deyə Məmmədli vurğulayıb.

 

Previous Post

RESPUBLİKAÇI ALTERNATİV HƏRƏKATININ HƏMTƏSİSÇİSİ İLQAR MƏMMƏDOV İLƏ MÜSAHİBƏ

Next Post

NAXÇIVANDA JURNALİST VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ QARŞI TƏZYİQLƏR DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.