Oktyabrın 1-də Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova “Azadlıq” qəzetini və onun əməkdaşları Ramin Deko ilə Hikmətə (Ramin Dekonun digər imzasıdır) qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı məlumat verib.
Vəkil F. Namazlı RATİ-yə açıqlamasında qəzetdən tələb olunan 150 min manatın 100 minə endirildiyini bildirdi: “Müdafiə tərəfi olaraq məhkəməyə verilən hər iki şəxsin eyni jurnalist olduğunu deyərək, ayrı-ayrılıqda təzminat istənilməsinin düzgün olmadığını məhkəməyə bildirdik. Qeyd etdik ki, qəzetin hazırkı durumu göstərilən məbləği ödəməyə imkan vermir. Bundan sonra qarşı tərəf təzminat tələbini 50 min manat azaltdı” – deyən vəkli növbəti prosesin 10 oktyabr saat 10:00-a təyin edildiyini bildirdi.
Xatırladaq ki, “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova 7 iyul 2012-ci il tarixində “Azadlıq” qəzetində dərc olunmuş “Kəbirə Məmmədovanın “Eurovizyon əməliyyatı” və 8-9 iyul tarixində “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrin onun işgüzar nüfuzunu ləkələdiyini hesab edərək, Yasamal rayon Məhkəməsinə müraciət edib. İddiaçı təkzib verilməsini və qəzet o, o cümlədən müəllifin hər birinin 50 000 manat cərimələnməsini, bu məbləğin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Ruhi Əsəb Əlil Qocalar evi”nə köçürülməsini xahiş edir.