
“Azadlıq” qəzetinin hazırkı baş redaktoru, yerli və beynəlxalq təşkilatlar tərəfindən Vicdan Məhbusu kimi tanınan Qənimət Zahid (Zahidov) 2007-ci ilin noyabr ayında həbs olunub. CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.