“AZADLIQ” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏDƏLƏNİB

oktyabr 11th, 2010
 “Azadlıq” qəzetinin Naxçıvan Muxtar Respublikasındakı bölgə müxbiri  Yafəs Həsənov və ailəsi hədələnir.

Bu haqda jurnalist özü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verib.
Yafəs Həsənovun sözlərinə görə, ötən gün onların evinə iki dəfə anonim telefon zəngi olub. Zəng edənlər Yafəs Həsənovun anasına xəbərdarlıq diblər.
 “Ana deyiblər ki, oğlunu da götür, Naxçıvandan çıxın gedin, yoxsa, pis Olacaq. Mən əminəm ki, bu hədə mənim Naxçıvanda jurnalist fəaliyyətlimlə bağlıdır”, – deyə Yafəs Həsənov qeyd etdi.