“AZADLIQ” QƏZETİNİN 20 YAŞI OLDU

Bu gün (24 dekabr) “Azadlıq” qəzetinin 20 yaşı tamam olur. Azərbaycanda ilk müstəqil qəzet olan “Azadlıq”ın birinci sayı 1989-cu il dekabrın 24-də nəşr olunub. Gündəlik nəşr olunan “Azadlıq” ölkənin ən çox tirajlı qəzetlərindəndir. Qəzetin ilk baş redaktoru Nəcəf Nəcəfov olub.

“Azadlıq” qəzetinin hazırkı baş redaktoru, yerli və beynəlxalq təşkilatlar tərəfindən Vicdan Məhbusu kimi tanınan Qənimət Zahid (Zahidov) 2007-ci ilin noyabr ayında həbs olunub. CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib. 
Previous Post

JURNALİSTİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLİB

Next Post

NAXÇIVANDA MÜSTƏQİL JURNALİSTLƏR SEÇKİ MƏNTƏQƏLƏRİNƏ BURAXILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.