“AZADLIQ” RADİOSUNUN BAKI BÜROSUNUN RƏHBƏRİ İSTEFA VERİB

“Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova tutduğu vəzifəsindən  istefa verib.

 Bu barədə bu gün (21 sentyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Xədicə İsmayılovanın özü məlumat verib.

X. İsmayılova bu qərara ötən həftə gəldiyini və bundan sonra  radioda yalnız jurnalist kimi fəaliyyətinə davam edəcəyini  bildirib: “Bu barədə çoxdan  düşünürdüm. Ötən həftə rəhbərliklə müzakirə etdik və istefam qəbul olundu. Yaradıcılıq və inzibati işlər bir arada getmirdi. Mən də çox fikirləşib  jurnalistikanı, yaradıcılığı seçdim”, – deyə X. İsmayılova vurğuladı. 

Previous Post

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ məhkəməyə verİldİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.