AZTV-NİN SABİQ REJİSSORU İŞDƏN QANUNSUZ ÇIXARILDIĞINI BİLDİRİR

İyulun 17-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində AzTV-nin ”Təhsil” redaksiyasının sabiq rejissoru Bəsti Şiriyeva işdən qanunsuz çıxarılması ilə bağlı mətbuat konfranslı keçirib.

O bildirib ki, 1981-ci ildən dövlət televiziyasında çalışıb. 1991-ci ildə struktur dəyişikliyi ilə əlaqədar əmək müqaviləsi əsasında bu qurumda fəaliyyətini davam etdirib. 2008-ci ilin mart ayından ona işindən azad edildiyini bildiriblər. Lakin ona nə bu barədə qabaqcadan xəbərdarlıq edilib, nə işdən çıxma haqq-hesabı aparılıb, nə də əmək kitabçası qaytarılıb. Bütün bunların qanunvericiliyə zidd olduğunu və işdən qanunsuz çıxarıldığını iddia edən B.Şiriyeva məhkəməyə müraciət edib. “Məhkəmədə bütün bu qanunsuzluqları bildirdim. Ancaq Səbail rayon məhkəməsinin hakimi Famil Nəsibov AzTV-nin saxta sənədlərdən istifadə etməsini, qanunları pozmasını və digər hüquq pozuntularını nəzərə almayaraq, iddiamı təmin etməyib” – deyən sabiq rejissor əlavə etdi ki, apellyasiya, daha sonra isə kassasiya şikayəti versə də, bütün instansiyalar qərarı qüvvədə saxlayıb.

 

AzTV QSC-nin rəhbərliyi – Arif Alışanov, Cavanşir Cahangirov tərəfindən təqiblərə, hakimlər – Famil Nəsibov, Mədinə Bağırov və Qəhrəman  Allahverdiyev tərəfindən haqsızlığa məruz qaldığını iddia edən B.Şiriyeva media vasitəsilə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci Xanımı Mehriban Əliyevaya müraciət edərək, hüquqlarının bərpa edilməsini istəyib.

 

Previous Post

AXCP SƏDRİ ƏLİ KƏRİMLİ İLƏ MÜSAHİBƏ

Next Post

SÖZ AZADLIĞI ARAŞDIRMA ŞƏBƏKƏSİ JURNALİSTİN YAZISINA GÖRƏ İŞDƏN KƏNARLAŞDIRILDIĞINI İDDİA EDİRSöz Az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.