AZTV-NİN SABİQ REJİSSORUNUN İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (07 aprel) Səbail rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə AzTV-nin sabiq rejissoru Nərgiz Cabbarlının “Azərbaycan televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) qarşı qaldırdığı iddiaya əsasən keçirilən məhkəmə prosesi iddianın təmin edilməməsi ilə başa çatdı. 

Prosesdə N. Cabbarlının nümayəndəsi Bayram Rəsulov, cavabdeh tərəfdən isə AzTV-nin nümayəndəsi Sədrəddin İsgəndərov iştirak edirdilər.
İddiaçının vəkili B. Rəsulov RATİ-yə  qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
Xatırladaq  ki, iddiaya səbəb AzTV sədrinin 30 aprel 2009-cu il tarixli 120 k/d saylı əmri ilə N.Cabbarlının AZ TV-dən azad edilməsi və bu barədə ona heç bir yazılı və ya şifahi məlumatın verilməməsidir. Buna görə də iddiaçı həmin əmrin ləğv edilməsini və əvvəlki işinə bərpa olunmasını tələb edərək məhkəməyə müraciət etmişdir.

Previous Post

KOLLEC DİREKTORUNUN “GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİASINA BAXILIB

Next Post

MƏTBUAT KONFRANSI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.