BAKIDA İNSAN HÜQUQLARI MÖVZUSUNDA FOTO SƏRGİSİ AÇILIB

Sentyabrın 8-də “Landmark” biznes-mərkəzinin Rotunda zalında söz azadlığı probleminə həsr olunmuş foto, karikatura və kitabların sərgisi açılıb. Sərgi “ Söz və ifadə azadlığına ictimai dəstək” Forumu çərçivəsində keçirilir. Forum Azərbaycanın bir sıra jurnalist təşkilatları və KİV tərəfindən təşkil olunub.

Sərgidə karikaturaçılar Anar və Şerif iştirak ediblər. Fotoqraflardan  Mehman Hüseynov (RATİ), Elxan Kərimov (Turan), Vüqar İbadov (TRT), Abbas Atilay (“Azadlıq” radiosu) və Əhməd Muxtarın işləri nümayiş etdirilib. Bütün işlər Azərbaycan həqiqətlərini əks etdirir və ölkədə əsas insan hüquqlarının pozulmasından xəbər verir. Sərgidə nümayiş olunan bəzi fotolar müxtəlif beynəlxalq mükafatlara layiq görülüblər. Sərgi sentyabtın 9-dək açıq olacaq.

Qeyd edək ki, “Söz və ifadə azadlığına ictimai dəstək” Forumu “Azərbaycan Jurnalistlər Birliyi”, “Avrointeqrasiya” Milli Komitəsi, “İfadə Azadlığı” Komitəsi, , “Azərbaycan Naminə” İctimai Forumu, Açıq Cəmiyyət İnstitutu, “Turan” İnformasiya Agentliyi, “Media Hüququ İnstitutu” və “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşkilatçılığı ilə keçirilir.

Previous Post

JURNALİSTLƏR ÜÇÜN SEÇKİLƏRƏ DAİR TƏLİM KEÇİRİLİB

Next Post

ƏLÖVSƏT OSMANLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.