Sabah (10 oktyabr) Bakıda ABŞ-ın Jurnalistlərin Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda demokratiya; məqsəd və çağırışlar” mövzusunda forum keçiriləcək.
Forumda Azərbaycan mətbuatının vəziyyəti, siyasi plüralizm, demokratikləşmə, vətəndaş cəmiyyəti və iqtisadi inkişaf məsələləri müzakirə olunacaq.
“Forumu keçirməkdə məqsəd Azərbaycan üçün önəmli olan məsələlər ətrafında müzakirələrin aparılmasına şərait yaratmaqdır”. “Trend News”-un məlumatına görə, bunu Jurnalistlərin Beynəlxalq Mərkəzinin Azərbaycan üzrə nümayəndəsi Çarlz Rays bildirib.