BAŞ PROKUROR RAFİQ TAĞININ AİLƏSİNİN VƏKİLİNİ HƏDƏLƏYİB

Fevralın 27-də vəkil Elçin Sadıqov  Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovun  mərhum yazıçı-publisist  Rafiq Tağının ailə üzvləri ilə birlikdə görüş zamanı  hədəyə məruz qalıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə,  baş prokuror Rafiq Tağının ailəsinin prezident İlham Əliyevə ünvanladığı müraciətə görə onları qəbul edib: “Baş prokuror Rafiq Tağının qətlinin üstünün açılması üçün görülən işlər haqqında məlumat verdi. Görüşdə bu işdə vəkil kimi mənim fəaliyyətimə də toxunuldu. Baş prokuror mənə dedi ki, bu qətlin istintaqı barədə mətbuata müsahibələr verməklə düzgün iş görmürsən, əlavə etdi ki, mənim barəmdə tədbir görə bilər. Daha sonra o istintaqla əməkdaşlıq etməyimizi tövsiyə etdi. Mən cavabımda bu günə kimi  mətbuata verdiyim müsahibələrin hamısında işlətdiyim fikirlərin  hamısının  hüquq çərçivəsində olduğunu bildirdim. Söhbət zamanı onu da bildirdim ki,  biz istintaqla əməkdaşlıqdan imtina etmirik, lakin onlar bizimlə əməkdaşlıqda maraqlı deyillər”.

Qeyd edək ki, noyabrın 19-da 61 yaşlı R. Tağı axşam saatlarında işdən
evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. O yeddi bıçaq yarası ilə xəstəxanaya müraciət edib, üç gün sonra xəstəxanada qəflətən səhhətinin pisləşməsi nəticəsində dünyasını dəyişdi.  Faktla bağlı cinayət işi açılıb, lakin hələlik cinayətlə bağlı saxlanılan yoxdur.

2006-cı ilin noyabr ayında  işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə R. Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına  xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda Ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.  Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, müddətinə azadlıqdan məhrum edilmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdılar. Noyabrın 27-də isə İranlı Ayətullah-uzma Fazil Lənkəraninin oğlu, ayətullah şeyx Məhəmməd Lənkərani bu qətli alqışlayan bəyanat yayıb.

Previous Post

BAKIDA HAKİMLƏR ÜÇÜN İFADƏ AZADLIĞINA DAİR SEMİNAR KEÇİRİLİR

Next Post

KÜR VƏTƏNDAŞ CƏMİYYƏTİ SABİRABADDA MÜŞAVİRƏ KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.