BAŞ REDAKTOR MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK ETDİ

Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə "ANS press" Nəşriyyat Evinin  "Azadlıq fədailəri" qəzetinə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində iddiaçılar – telekanalın hüquqşünası Hacıyev Tofiq və baş hüquq məsləhətçisi Tağıyev Araz və cavabdeh –  "Azadlıq fədailəri"  qəzetinin təsisçisi Təhmasib Novruzov, eyni zamanda qəzetin baş redaktoru olmuş Vüqar Qurdqanlı da iştirak edirdi.
Hakim prosesi Ədliyyə Nazirliyindən gəlmiş məktubun mövzusu ilə açdı. Hakim bildirdi ki, göndərdiyimiz sorğuya cavab  gəlib. Məktubda qeyd olunur ki, Təhmasib Novruzov qəzetin həm təsisçisi, həm də baş redaktoru kimi qeydiyyatdadır. Və bunun izahı üçün Novruzova söz verdi: “ Mən ilk növbədə qəzetin həm təsisçisi, həm də baş redaktoru olmuşam. Lakin 2006-cı il yanvarın 18-də Azadlıq Hərəkatı Birliyinin qurultayı keçirildi. Və mən ora sədr seçildim. Məsuliyyətim daha da artdığından, hər iki işi eyni zamanda çatdırmaq çətinləşdi. Bundan sonra başqa bir şəxsi baş redaktor təyin etdim. Bir neçə dəfə baş redaktor vəzifəsində dəyişikliklər oldu. 2007-ci il noyabrın 11-də Vüqar Qurdqanlını baş redaktor kimi işə götürdüm, 2008-ci il fevralın 12-nə qədər. Həmin gün qəzetin fəaliyyəti dayanıb. Və ona görə o, işdən azad olunub.
Daha sonra Qurdqanlı da çıxış edərək Novruzovun dediklərini təsdiqlədi. Hakim Qurdqanlının şahid kimi iştirak etmə ehtimalı olduğu üçün ondan zalı tərk etməyi xahiş etdi. Və təsisçidən baş redaktorun işə qəbul olunmasına dair ərizənin olub -olmadığını soruşdu. Vəkillər də bildirdi ki, “əmək müqaviləsinin surətini də ora əlavə etsinlər. Onlar gedib saxta sənəd hazırlaya bilərlər”.  
İlk əvvəl T. Novruzov baş redaktorun ictimai əsaslarla qəzet çıxardığını bildirdi: “bu haqda sərancam var. Həmin sərəncamın surətinin məhkəməyə təqdim edə bilərəm”.
Novruzov buna etiraz edərək vurğuladı ki, “o idarə daxili kitabdır. Hansı zəruri ehtiyyacdan çıxır ki, həmin kitab təqdim olunmalıdır. Siz mənim əsas vəsatətimi rədd etdiniz. Onların isə dedikləri qəbul olunur. Buna nə ehtiyac var. Baş redaktor özü burdadır. Və bunları təsdiqləyir”.
 Hakim bunun kiminsə mövqeyini müdafiə etmək deyil, sadəcə olaraq məhkəməyə sənədin lazım olduğunu qeyd edərək bildirdi ki, “siz əmr kitabçasını gətirin və biz ona baxış keçirək. Bu əslində sizin xeyrinizədir”.
Hakim Məməmədov təsisçiyə xatırlatdı ki, qanunvericiliyə görə. lazım olan sənəd məhkəməyə təqdim olunmalıdır:” işə qəbul etmə haqda  əmrin surəti, əmr kitabı və əmək müqaviləsinin surətini gətirin”. Təsisçi bu sənədləri aprelin 3-də gətirə biləcəyini dedi. Hakim növbəti məhkəmə prosesini 4 aprel saat 15:00-a təyin etdi
Xatırladaq ki, "ANS press" Nəşriyyat Evi   "Azadlıq fədailəri" qəzetini və qəzetin Allahverdi Nəbi adlı əməkdaşını qəzetin 28.11-01.12-2007-ci il tarixli sayında dərc edilmiş yazıya görə məhkəməyə verib. İddiaçı qəzetdə "ANS-in pornoqrafiyası" başlıqlı və "ANS hər zaman, hər yerdədir-tərbiyəsizliyi ilə" sərlövhəli məqaləsində yazılan yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir. "ANS press" Nəşriyyat Evi məhkəmədən qəzetin  təkzib verməsi, qəzetdən 50000 (əlli min) manatın tutulması, qəzetin əməkdaşı Allahverdi Nəbidən 10000 (on min) manatın tutulması haqqında qətnamə çıxarmasını xahiş edib.   
 

Previous Post

“AZADLIQ” QƏZETİNİN İKİ ƏMƏKDAŞI İFADƏ VERİB

Next Post

EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK MƏQSƏDİLƏ JURNALİSTLƏRİN ACLIQ AKSİYASI DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.