BEYNƏLXALQ TƏŞKİLATLAR EYNULLA FƏTULLAYEVƏ QARŞI ÇIXARILMIŞ YENİ HÖKMÜ PİSLƏYİBLƏR

Avropa Şurasının baş katibi Torbyorn Yanqland “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı çıxarılan sonuncu həbs qərarından narahatlıq ifadə edən bəyanatla çıxış edib.

Baş katib bəyanatında bu ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayev barəsində çıxarılmış hökmünü xatırladıb və Azərbaycan hökumətini məhkəmənin qərarını yerinə yetirməyə çağırıb: “Mən bu işi diqqətlə izləməkdə davam edəcəm. Azərbaycan Avropa Şurasının üzvüdür və insan hüquqları sahəsində könüllü qəbul etdiyi prinsiplərə, demokratiya və hüququn aliliyi prinsiplərinə əməl olunmasında hüquqi məsuliyyət daşıyır” – deyə Yanqland bəyanatda vurğulayıb.

 

Avropa İttifaqı da Eynulla Fətullayev barəsində yeni hökmü pisləyib. “Avropa İttifaqı ATƏT-in KİV üzrə nümayəndəsinin yeni ittihamın şübhə doğurması barədə mövqeyini bölüşür” – deyə təşkilatın bəyanatında bildirilir. “Turan”ın məlumatına görə, Avropa İttifaqı həmçinin yeni hökmün Bakının Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal azad edilməsi haqqında qərarını icra etməsi üçün ən son tarixə iki həftə qalmış çıxarılmasından narahat olduğunu vurğulayıb. “Bununla əlaqədar olaraq, Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddə üzrə öhdəliklərinə riayət etməyə çağırırıq” –  deyə bəyanatda qeyd edilib.

 

Previous Post

ABŞ-IN HELSİNKİ KOMİSSİYASI MEDİA İLƏ BAĞLI YENİ QƏTNAMƏ QƏBUL EDİB

Next Post

GÜNÜN ANONSU 9 İYUL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.