DƏVƏTNAMƏ

Hörmətli Xanımlar və Cənablar!     

    Diqqətinizə çatdırmaq istərdik ki, “Onlayn İfadə Təşəbbüsü” (Expression Online Initiative) kampaniyasının təşkilatçılığı ilə 28 sentyabr  2012-ci il tarixində saat 10:00-dan 12:30-a kimi Park İnn otelinin “Natavan” zalında “Azərbaycanda İnternet Azadlığı üçün Təhlükələr”  mövzusunda dəyirmi masa keçiriləcək.

 

    Sizi dəyirmi masada iştirak etməyə dəvət edirik.

Suallarınız, rəyləriniz və təkliflərinizi gunay@expressiononline.net elektron poçtuna yazmaqla və ya (050) 508-78-87 nömrəsinə zəng etməklə bildirə bilərsiniz.     
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu və İnternational Media Support təşkilatı 2012-ci ilin noyabrında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumu öncəsi “Expression Online Initiative” (Onlayn İfadə Təşəbbüsü) adlı kampaniyaya start verib. Bu kampaniyanın məqsədi keçiriləcək Forum ərəfəsində Azərbaycanda İnternetlə bağlı araşdırma aparmaq və müvafiq tövsiyələr hazırlamaqdır.
    Hörmətlə,
“Expression Online Initiative” kampaniyasının koordinatoru                                      
Rəsul Cəfərov                                  

Previous Post

VERGİLƏR DEPARTAMENTİNİN ƏMƏKDAŞI ƏVƏZ ZEYNALLIN MƏHKƏMƏSİNDƏ İFADƏ VERİB

Next Post

ELŞAD ABDULLAYEVLƏ GÜLƏR ƏHMƏDOVA BİR-BİRİNİ İTTİHAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.