DAHA BİR JUR JURNALİSTİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

“Bizim Yol” qəzetinin müxbiri Ramid İbrahimov Bakı Appelyasiya Məhkəməsinin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət verib.

Bu barədə bu gün (12 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) R. İbrahimovun özü məlumat verib.

Xatırladaq ki, Ramid İbrahimov 12  fevral  2011-ci ildə Prezident Administrasiyasının qarşısında keçirilən etiraz aksiyasından reportaj hazırlayarkən onu döyən və təhqir edən,  jurnalist fəaliyyətinə mane olan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi  və onlar barəsində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163.2-ci (vəzifəli şəxslərin jurnalistin qanuni peşə fəaliyyətinə mane olması) maddəsi ilə cinayət təqibi başlanması ilə bağlı yerli hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Ərizəçi hadisə baş verən günü  Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə ərizə yazıb.  Bölmənin təhqiqatçısı Fazil Mahmudov 22 fevral 2011-ci il tarixli bu qərarında  heç bir əsaslandırma aparmadan  cinayət işi başlanmasını rədd edib. Jurnalist  təhqiqatçının bu qərarından 20 may 2011-ci ildə Səbail rayon Məhkəməsinə şikayət edib, qərarı ləğv etməyi və hadisənin səmərəli araşdırılması üçün tədbirlər görülməsini xahiş edib. Səbail rayon Məhkəməsi 27 may 2011-ci ildə ərizəçinin şikayətini əsassız hesab edib. Təhqiqatçının qərarını dəstəkləyən məhkəmə qərarını əsaslandırmayıb, sadəcə təhqiqatçının istinad etdiyi Səbail RPİ-nin 9-cu PB-nin məktubuna istinad edib, ərizəçinin təqdim etdiyi arqumentləri götür-qoy etməyib, qiymətləndirməyib .

Ərizəçi Səbail rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli qərarından 30 may 2011-ci ildə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi 06 iyun 2011-ci ildə apellyasiya şikayətinə baxıb, ərizəçinin şikayətini təmin etməyib.

 

 

Previous Post

TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRLİYİ AZƏRBAYCAN MƏTBUATINI İTTİHAM EDƏN MƏLUMAT YAYIB

Next Post

İRAN TELERADİON ŞİRKƏTİNİN BAKIDAKI NÜMAYƏNDƏLİYİNİN MÜDİRİ AEROPORTDAN GERİ QAYTARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.