DEMOKRATİYAYA MİLLİ DƏSTƏK FONDU (NED) FELLOWSHIP PROQRAMINA MÜSABİQƏ ELAN EDİB

Demokratiyaya Milli Dəstək Fondunun (NED) Reagan-Fascell Democracy Fellows Proqramı 2010-2011-ci illər üçün Fellowship proqramlarına ərizə qəbulu elan edir.

Proqram demokratik fəallara, təcrübə keçən tələbələrə, alimlərə və jurnalistlərə demokratiya anlayışı ilə bağlı biliklərinin dərinləşdirilməsində və demokratik dəyişikliklərin inkişaf etdirilməsində imkan yaradır. Beynəlxalq mübadilələrə həsr olunmuş beş aylıq proqram gənclərə öz təcrübələrini və həyat biliklərini nəzərdən keçirmək, tədqiqat aparımaq, fikir mübadilələri etmək, və qlobal şəbəkə vasitəsilə peşəkar əlaqələri inkişaf etdirmək üçün şərait yaradır.

Proqram əsasən demokratik baxımdan inkişaf etməkdə olan ölkələrin tələbələri üçün nəzərdə tutulsa da, demokratiyanın inkişaf etdiyi ölkələrdən də tanınmış jurnalistlər, alimlər və tədqiqatçılar müraciət edə bilərlər.  

İngilis dilini bilmək tələb olunur. Qəbul olunmuş şəxslər aylıq təqaüd, tibbi sığorta, yol xərclərinə yardım və tədqiqat üçün dəstək alacaqlar. Proqram peşəkar təlimləri, təbii və social elmləri və ya dərəcə almaq istiqamətində işləyən tələbələri maliyyələşdirməyəcək.

Proqram 2 beş aylıq sessiyadan ibarətdir. 2011-2012-ci illər, 1 Oktyabr, 2011- 28 Fevral,  2012 (Payız 2010) və 1 Mart – 31 İyun, 2012 (yaz sessiyası).

Son tarix: 1 Noyabr, 2010-cu il, bazar ertəsi. Əlavə informasiya və ərizə doldurma üçün  http://www.ned.org/fellowships/reagan-fascell-democracy-fellows-program   linkinə müraciət edin.

Ərizələr 2010-cu il, avqustun 1-dən etibarən onlayn ərizə sistemi http://fellowships.ned.org. vasitəsilə qəbul ediləcək.

Previous Post

BAKIDA QAÇQIN VƏ MİQRANTLARLA BAĞLI SEMİNAR KEÇİRİLİR

Next Post

“TURAN SERVİS” MMC-NİN RƏHBƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.