Dəyərli bloqçular, gənclər, QHT fəalları və jurnalistikaya həvəsi olan
həmvətənlər! Bizim təlimlərə qatılın, bölgələrdən videoları, fotoları,
xəbərləri hazırlamağı və yaymağı öyrənin.
RATİ, Demokratik Jurnalistika Məktəbi və RİHMM bölgələrdəki ictimai
problemləri və olayları işıqlandırmaq üçün vətəndaş jurnalistikası
təşəbbüslərini artırmaq, bloqqer fəaliyyətini gücləndirmək üçün yeni
layihəyə başlayır. Məqsəd Obyektiv TV-nin köməyi ilə xalq
jurnalistlərinin fəaliyyətini gücləndirmək və onların hazırladığı
materialları peşəkar jurnalistlərin dəstəyi ilə geniş auditoriyaya
yaymaqdır.
Sizlərdən hər biriniz artıq Obyektiv TV-nin xalq jurnalisti kimi
fəaliyyətə başlaya bilərsiniz. Çəkdiyiniz maraqlı vodeosüjetləri,
fotoları, şahidi olduğunuz olaylarla bağlı xəbərləri bizə yollayın və
biz də onları tanınmış internet televiziya kanalı olan Obyektiv TV-də
yayaq.
Siz bizim təlimlərə də qatıla bilərsiniz. Fevralın 15-dən başlayaraq
ölkənin müxtəlif bölgələrində təşkil edəcəyimiz təlimlərin
iştirakçılarını seçməyə başladıq. İstəyiniz varsa, 15 fevral 2012-ci
ilədək özünüz haqda bizə yazın. Harada yaşayırsınız, yaşınız,
təhsiliniz, məşğuliyyətiniz, internetdəki maraqlarınız barədə və s.
Devizimiz sadədir. Xalq jurnalistikasına doğru! Daha çox həqiqət üçün!

Email:obyektiv.kadr@gmail.com
Telefon:(012) 4087530
Obyektiv TV-nin web ünvanı:obyektiv.tv