Obyektiv TV ile xalq jurnalisti olmaq şansıDəyərli bloqçular, gənclər, QHT fəalları və həvəsi olan həmvətənlər!
Bizim təlimlərə qatılın, bölgələrdən videoları, fotoları, xəbərləri
hazırlamağı və yaymağı öyrənin.
problemləri və olayları işıqlandırmaq üçün vətəndaş jurnalistikası
təşəbbüslərini artırmaq, bloqqer fəaliyyətini gücləndirmək üçün yeni
layihəyə başlayır. Məqsəd Obyektiv TV-nin köməyi ilə xalq
jurnalistikası yaradıcılığını işıqlandırmaq və onu peşəkar
jurnalistlərin dəstəyi ilə geniş auditoriyada yaymaqdır.
Sizlərdən hər biriniz artıq Obyektiv TV-nin xalq jurnalisti kimi
fəaliyyətə başlaya bilərsiniz. Çəkdiyiniz maraqlı vodeosüjetləri,
fotoları, şahidi olduğunuz olaylarla bağlı xəbərləri bizə yollayın və
biz onları tanınmış internet televiziya kanalı olan Obyektiv TV-də
yayaq.
Siz bizim təlimlərə də qatıla bilərsiniz. Fevralın 15-dən başlayaraq
ölkənin müxtəlif bölgələrində təşkil edəcəyimiz təlimlərdə
iştirakçılarını seçiminə başladıq. İstəyiniz varsa, 29 fevral 2012-ci
ilədək özünüz haqda bizə yazın. Harada yaşayırsınız, yaşınız,
təhsiliniz, məşğuliyyətiniz, internetdəki maraqlarınız barədə və s.
Bakıda olan təlim 5 və 6 mart tarixində Reportyorların Azadlıq və
Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçiriləcək (Ünvan: Bakı
şəh, R. Behbudov 8, mən 85/86)
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel (+ 99 412) 598-45-19
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az