10 iyul, 2012-ci il tarixində saat 13:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Qafqaz Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Miqrasiya Xidmətinin Gürcüstan vətəndaşı olan soydaşlarımızla bağlı yaratdığı problemlər və həlli yolları mövzusunda mətbuat konfransı keçiriləcək.Tədbirdə Miqrantlara Hüquqı Yardım Mərkəzinin sədri Əlövsət Əliyev, ziyalılar və həmin problemlə üzləşən vətəndaşlar iştirak edəcəklər.