3 SENTYABR SAAT 12.00-DA REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN (RATİ) MƏTBUAT MƏRKƏZİNDƏ “Azad dalğalar” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək. Media Hüququ İnstitutu (MHİ) və RATİ tərəfindən təşkil edilən dəyirmi masada seçki kampaniyasının media tərəfindən işıqlandırılması ilə bağlı təkliflər təqdim olunacaq, müvafiq qanunvericilik dəyişiklikləri müzakirə ediləcək.
Tədbirə seçki sahəsi üzrə ekspertlər, redaktorlar, elektron media rəhbərləri, jurnalistlər, QHT nümayəndələri, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvət edilir.