EYNULLA FƏTULLAYEV “SİYASİ MƏHBUSLAR HƏFTƏSİ” KEÇİRMƏYİ TƏKLİF EDİB

12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 30 oktyabr Beynəlxalq Siyasi Məhbuslar Günü münasibətilə həmkarlarına həmin günlə bağlı kampaniya keçirmək təklifini  irəli sürüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin atası Emin Fətullayev məlumat verib.

     Onun sözlərinə görə, baş redaktor həmkarlarına müraciət edərək, onları gələn həftəni  “Siyasi məhbuslar həftəsi” elan etməyə,  “Siyasi məhbusları unutmayaq” adlı kampaniya başlatmağa çağırıb.

     Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU GƏNC BLOQÇULARIN MƏHKƏMƏSİ İLƏ BAĞLI RƏYİNİ AÇIQLAYIB

Next Post

AZƏRBAYCAN MEDİAYA QARŞI REPRESSİYA APARAN ÖLKƏ KİMİ QİYMƏTLƏNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.