“GİLAN” “YENİ MÜSAVAT”DAN BİR MİLYON MANAT TƏLƏB EDİR

Noyabrın 21-də 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Xalid İmanovun sədrliyi ilə “Gilan” Qəbələ Konserv Zavodu" MMC-nin “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə iddiası üzrə hazırlıq iclası keçirilib.

Bu barədə bu gün (22 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin nümayəndəsi Elçin Sadıqov məlumat verib.
E. Sadıqovun sözlərinə görə, müdafiə tərəfi  prosesdə ilk olaraq bu işin  iqtisadi mübahisə olmadığına görə baxılması üçün şəhər və yaxud rayon məhkəməsinə barədə vəsatət qaldırsa da, hakim bu vəsatəti təmin etməyib.
Daha sonra iddiaçı tərəfin nümayəndəsi Ruslan Əliyev  çıxışında “Yeni Müsavat” qəzetinə qarşı iddianın “6 ay ərzində hər gün qəzetin üz səhifəsində ”Jalə" – 100 faiz təbii meyvə şirələri mətnini təmənnasız olaraq reklam kimi dərc edilməsi” hissəsindən imtina edib. Eyni zamanda o məhkəmənin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Hakim X. İmanov isə məhkəmənin açıq keçirilməsi barədə qərar verərək növbəti prosesi dekabrın 5-i, saat 11:00-a təyin edib.
Xatırladaq ki, “Gilan” Qəbələ Konserv Zavodu” MMC “Yeni Müsavat” qəzetini məhkəməyə verib. İddiaya görə, 2009-cu ilin aprelində (2 il 6 ay əvvəl) “Yeni Müsavat”da dərc olunmuş “Jalə 100 faiz təhlükəli şirədir” başlıqlı yazı qəzetin məhkəməyə verilməsinə səbəb olub. “Gilan” zavodu bunun və digər uyğun materialların zavodun işgüzar nüfuzuna xələl gətirdiyini düşünür və qəzetin 1 milyon manat məbləğində cərimələnməsi, habelə təkzib verməsini tələb edir.
Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

AXC-nin QURUCUSU M.Ə.RƏSULZADƏNİN ABİDƏSİ AD GÜNÜNDƏ ZİYARƏT OLUNDU

Next Post

MÜSAVATÇI GƏNCLƏR HƏBS EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.