HƏBSDƏKİ JURNALİSTLƏRİN İKİSİ SƏSVERMƏDƏ İŞTİRAK ETMƏYƏCƏYİNİ DEYİB

Həbsdə olan jurnalistlərdən üçü bugünkü (15 oktyabr) seçkidə iştirak etməyəcək.

Bunu “Media forum” xəbər  saytına həmin jurnalistlərin yaxınları deyib. Məhbus jurnalistlərdən birinin səs verib-verməyəcəyi haqda isə onun yaxınlarında hər hansı məlumat yoxdur.
Beləliklə,  12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev oktyabrın 14-də evlərinə zəng edib. Baş redaktorun atası Emin Fətullayevin bildirdiyinə görə, Eynulla deyib ki, oktyabrın 15-də seçki məntəqəsinin yaxınlığına belə getməyəcək: “Eynulla ona qarşı hər hansı təxribatın ediləcəyindən bərk narahatdır, elə bu səbəbdən də səs vermək istəmir”».
17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva isə deyib ki, Qənimətlə təxminən iki həftə əvvəl görüş zamanı seçki haqda da söhbətləri olub: “Sözündən belə çıxdı ki, seçkidə iştirak etməyəcək. Qənimət deyirdi ki, məhbuslar arasında da seçkini boykot etmək istəyənlər var. Hətta həbsxanada seçki məsələsindən daha çox meyxana yarışmaları haqda mübahisələrin getdiyini deyirdi. Düzdür, Qənimət özü bu yarışmalara baxmır, amma deyir ki, dustaqlar meyxana barədə daha çox danışırlar”.
Hazırda Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olan “Azadlıq” qəzetinin yazarı, satiril şair Mirzə Sakit ümumiyyətlə bildiriş vərəqəsini qəbul etməyib. Bunu yazarın həyat yoldaşı Rəna Zahidova söyləyib. R.Zahidovanın sözlərinə görə, oktyabrın 14-də Sakit evə zəng edib və deyib ki, bildiriş vərəqəsinə heç əlini də vurmayıb.
2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun bugünkü seçkidə iştirak edib-etməməsindən qohumlarının hələ xəbəri yoxdur. Jurnalistin qardaşı oğlu Cavidan Hüseynovun  bildirdiyinə görə, oktyabrın 14-ü axşam M.Hüseynov ailəsi ilə əlaqə saxlayıb: “Söhbət yalnız özü haqqında, səhhəti barəsində olub. Deyib ki, kürəyində, ağciyərlərində ağrlar var. O, yenidən müalicə almaq üçün müraciət etmək istəyir”.

Previous Post

SƏSVERMƏNİ MÜŞAHİDƏ EDƏN KİV NÜMAYƏNDƏLƏRİ CİDDİ QANUN POZUNTUSU İLƏ ÜZLƏŞMƏYİBLƏR

Next Post

ALİ MƏHKƏMƏ STREKALİNİN ŞİKAYƏTİNƏ BAXACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.