HƏYAT YOLDAŞI VƏ ÖVLADLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Ötən həftənin şənbə günü (20 sentyabr) həyat yoldaşı Arzu Hüseynova və  övladları 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist, "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb.

Bu barədə RATİ-yə Hüseynovanın özü  məlumat verib.
Həyat yoldaşının sözlərinə görə,  jurnalistin saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti yoxdur. Yaxın günlərdə o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürüləcək.
Qeyd edək ki, həbs olunandan sonra bu  Hüseynovun həyat yoldaşi və iki azyaşlı övladı ilə ilk görüşü olub. Bu zamana qədər isə uşaqlarının körpə və xəstə olduqları üçün Arzu xanım imkan tapıb həyat yoldaşı ilə görüşə bilməyib.
Xatırladaq ki, Hüseynov 2007-ci il iyulun 24-dən həbsdədir.

Previous Post

AZƏRBAYCAN BÜTÜN QAFQAZ ÖLKƏLƏRİNDƏ YAYIMLANACAQ TELEKANAL AÇMAĞI PLANLAŞDIRIR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.