HARAŞTİ JURNALİSTİN BIÇAQLANMASINI PİSLƏYƏN AÇIQLAMA İLƏ ÇIXIŞ EDİB

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti açıqlamasında bildirib ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun və onun qardaşı Mirzə Sakitin həbsdə olması, həmçinin həmin qəzetin əməkdaşı Aqil Xəlilə hücumun edilməsi Azərbaycanda jurnalistlərə təzyiq atmosferi yaradıb.

Haraşti eyni zamanda Aqil Xəlilin bıçaqlanmasını pisləyib və hökuməti məsələni araşdırmağa çağırıb. Açıqlamada bildirilir ki, təzyiqlərə məruz qalmış jurnalistlərin işinin sona qədər araşdırılmaması bu cinayətləri törədənləri ruhlandırır: “Beynəlxalq ictimaiyyət və Azərbaycandakı jurnalistlər “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin açılacağını və jurnalistlərə qarşı bir sıra hücumlar həyata keçirənlərin cəzalandırılacağını gözləyir”.

Previous Post

REDAKTORLAR BİRLİYİ “LİDER”-İN MÖVQEYİNİ PİSLƏYİB

Next Post

JURNALİSTLƏR ƏFV EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.