HUMAN RIGHTS WATCH: AZƏRBAYCAN MƏHKƏMƏSİ AVROPA MƏHKƏMƏSİNİN JURNALİSTİ AZAD ETMƏK TƏLƏBİNİ YERİNƏ Y

Azərbaycan Respublikası Ali Məhkəməsi yanlışlıqla həbs olunan, cəsarətli jurnalistin azad edilməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin məcburi hökmünü yerinə yetirməkdən imtina edib. Bu barədə bu gün (13 noyabr) Human Rights Watch məlumat verib.

Hakimiyyət nümayəndələri ölkənin ən görkəmli jurnalistlərindən biri olan Eynulla Fətullayevi həbsdə saxlamaq üçün qurama ittihamlar irəli sürüblər.

 11 noyabr 2010-cu ildə Azərbaycan Ali Məhkəməsi Plenumunun növbədənkənar iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin Fətullayev barədə qərarına baxıldı. Ali Məhkəmə Fətullayevin işindəki cinayət ittihamlarını ləğv etdi, amma Fətullayevin azad edilməsi tələbini yerinə yetirmədi. Fətullayev hələ həbsdə olan zaman ona qarşı irəli sürülən və həmkarları tərəfindən qurama hesab edilən narkotik maddə saxlama ittihamı ilə hələ də həbsdə qalır.

“Fətullayevi dərhal azad etmək və bu cür yanlış ədalət mühakiməsinə son qoymaq hökumətin birbaşa borcudur ”, –  deyə Human Rights Watch-un Cənubi Qafqaz üzrə tədqiqatçısı Georgi Qocia bildirib. “Əksinə, hakimiyyət nümayəndələri onu həbsdə saxlamaq üçün yeni saxta üsullar qururlar və açıq şəkildə beynəlxalq öhdəlikləri pozurlar”.

 Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Şurasının məhkəməsidir və İnsan Hüquqları üzrə  yerinə yetirilməsin ali nəzarəti həyata keçirir. Məhkəmə aprel ayında aydınlaşdırdı ki, Azərbaycan Fətullayevi həbs etməklə onun ifadə azadlığı hüququnu kobud surətdə pozmuşdur. Buna görə də onun dərhal azad edilməsini tələb etdi. Azərbaycan hökumətinin Yuxarı Palataya şikayət göndərmələrinə baxmayaraq, oktyabrın 4-də qərar qəti elan olundu və bu qərarın icrası Azərbaycan üçün məcburi qüvvə aldı.

 Azərbaycan-Ermənistan müharibəsi ilə bağlı bir epizod üzrə internetdə yazı yerləşdirən Fətullayev diffamasiya ilə ittiham olunmuş və 2007-ci ilin aprel ayından bəri həbsdə qalır. İlk ittihamdan 6 ay sonra o, terrorla hədələmə və etnik ayrı-seçkilik yaratmaq ittihamı ilə təqsirli bilindi və ümumilikdə 8 il 6 ay həbsə məhkum edildi. Avropa Məhkəməsi qərara gəldi ki, ittihamlar hər biri ayrı-ayrılıqda İnsan Hüquqları üzrə Avropa Konvensiyasının pozulmasıdır. İkinci məhkəmədə o həmçinin vergidən yayınma ilə ittiham edildi.

 Noyabrın 11-də işə yenidən işə baxan Azərbaycan Ali Məhkəməsi diffamasiya ittihamlarını ləğv etdi, amma vergidən yayınmaya görə verilən 2 aylıq həbs cəzasını iki il iki aya artırdı, bu isə Fətullayevin həbsdə olduğu müddətə hesablandı.

 Bununla belə, Ali Məhkəmə Avropa Məhkəməsinin onu dərhal azad etmək tələbini yerinə yetirməkdən imtina etdi. Buna səbəb kimi qurama narkotik saxlama ittihamı əsas göstərildi.

 2009-cu il dekabrın 29-da kamera yoxlaması zamanı, Fətullayevin ayaqqabısında və paltarının qolunda 0.223 qram heroin tapıldı. 6 iyul, 2010-cu ildə yerli məhkəmə onu şəxsi istifadə üçün qeyri-qanuni olaraq narkotik maddə saxlama ittiham irəli sürdü. Fətullayev qərardan apellyasiya şikayəti verdi.

 

İyul ittihamı irəli sürülən zaman Fətullayevin həbsdə olmasına baxmayaraq, aşağı məhkəmə instansiyasının onu həbsdə saxlamaq kimi hökm verməyə heç bir əsası yox idi.

 Bununla belə, noyabrın 5-də Apellyasiya məhkəməsi Fətullayevin davam edən həbsinə əsas qazandırmaq üçün onun barəsinə iki aylıq həbs-qəti imkan tədbiri seçdi. İttihamdan verilən şikayət isə hələ davam edir. Apelyasiya məhkəməsi narkotik ittihamı ilə bağlı növbəti məhkəmə baxışına qədər onu azad edə bilərdi.

 Human Rights Watch təşkilatı Azərbaycan hökumətini Fətullayevə qarşı olan bütün ittihamları geri götürməyə və onu dərhal azad etməyə çağırdı.

 ATƏT-in media üzrə xüsusi nümayəndəsi və Avropa Şurasının insan hüquqları üzrə komissarı narkotik ittihamlarını həqiqətdən kənar hesab edir və Fətullayevin qeyri-şərtsiz azad olunmasına çağırır.

 
Fətullayevin davam edən həbsi sadəcə bir əhəmiyyətli nümunədir, amma bu Azərbaycanda ifadə azadlığına qaşı hücumlar seriyasının bir hissəsidir. Ötən ay Human Rights Watch «Döyülən, Damğalanan və Barmaqlıqlar arxasında saxlanılan: Azərbaycanda İfadə Azadlığı Məkanının Yox Olması» adlı hesabat açıqladı. Hesabatda hökumətin Azərbaycanda ifadə azadlığını məhdudlaşdırmaq cəhdlərindən bəhs olunur.

 “Hakimiyyət elə manevrlər edir ki, guya onlar Avropa Məhkəməsinin qərarını yerinə yetirirlər, amma bununla heç kəsi aldada bilməzlər”, – deyə Qocia deyib. “Aydın məsələdir ki, onlar yanlış ittihamla artıq iki ildən artıq həbsdə yatan jurnalisti susdurmağa davam edirlər”.

 

 

Previous Post

REAL HƏRƏKATININ HƏMTƏSİSÇİSİ VƏ 9 SAYLI BİNƏQƏDİ İKİNCİ SEÇKİ DAİRƏSİNDƏN DEPUTATLIĞA

Next Post

HƏFTƏ ƏRZİNDƏ ÇƏTİN SUALLARIMIZI CAVABLANDIRANLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.