HÜQUQ MÜDAFİƏÇİLƏRİ VƏ JURNALİSTLƏR POLİS TƏZYİQİLƏ ÜZLƏŞİBLƏR

İyunun 19-da jurnalistlər və hüquq müdafiəçiləri monitorinq aparmaq istəyərkən Səbail rayon məhkəməsinin qarşısında polis tərəfindən fiziki təzyiqə məruz qalıblar.

Belə ki, iyunun 19-da “Azadlıq” blokunun “sərbəst toplaşma və azad seçki” tələbilə keçirdiyi etiraz aksiyasında saxlanılan şəxslər barələrində tədbir görülməsi üçün polis bölməsindən Səbail rayon məhkəməsinə aparıblar. Saxlanılanlardan biri – Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü İnqilab Kərimov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki,  Səbail rayon 8-ci polis bölməsində saxlanılan şəxslərin bəzilərinə fiziki təzyiqlər olub. O, ən çox gənc fəal Rövşən Nəsirlinin döyüldüyünü vurğulayıb. RATİ əməkdaşları da Rövşən Nəsirlinin üz nayihəsində ciddi xəsarətlər olduğunun şahidi olublar.

Sözügedən məhkəmə prosesində monitorinq aparmaq istəyən media nümayəndələrinə qanuni  peşə fəaliyyətini yerinə yetirməyə polislər mane olub və onları məhkəmə prosesinə buraxmayıblar. Həmçinin polis bölməsində fiziki təzyiqə məruz qalaraq xəsarət alan şəxslərin görüntüsünün çəkilməsini əngəlləməyə cəhd göstərərək, jurnalistləri məhkəmə binasının qarşısından uzaqlaşdırıblar. Bu zaman hüquq müdafiəçiləri – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) ictimai birliyini sədri Anar Məmmədli və bir neçə  jurnalist polis əməkdaşlarının təzyiqi ilə üzləşiblər.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Rövşən Nəsirli 15 sutka, 4 nəfər 10 sutka həbs cəzası alıb, 6 nəfər isə 20 manat cərimələnərək sərbəst buraxılıb.

 

    Video: http://www.irfs.az/content/view/4083/31/lang,az/

http://www.irfs.az/content/view/4081/31/lang,az/

 Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,533/lang,az/

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,532/lang,az/

 

 

 

Previous Post

MÜDAFİƏ NAZİRLİYİ “BİZİM YOL” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

RATİ AŞPA-NIN YAY SESSİYASININ İŞTİRAKÇILARINA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.