HÜQUQ TƏŞƏBBÜSLƏRİ MƏRKƏZİ “GƏNCLƏRİN SEÇKİLƏRDƏ FƏALLIĞININ ARTIRILMASI” LAYİHƏSİNİN İCRASINA BAŞLA

avqust 11th, 2010

“Hüquq Təşəbbüsləri Mərkəzi” İctimai Birliyi “Gənclərin seçkilərdə fəallığının artırılması” adlı layihənin icrasına başlamışdır.

Təşkilatdan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna daxil olan məlumatda bildirilir ki, ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) maliyyə dəstəyi il reallaşdırılan layihənin məqsədi qarşıdan gələn Milli Məclisə keçiriləcək seçkidə ilk dəfə iştirak edəcək məcburi köçkünlərin, gənclərin təlimlər, qapı-qapı məsləhətləşmələri və ictimai görüşlər vasitəsilə bilik, bacarıq və seçkiyə münasibətini inkişaf etdirməkdir.

 

 Hüquq Təşəbbüsləri Mərkəzi İctimai Birliyi (HTM İB) Azərbaycanın daha çox məcburi köçkün gənclərin yaşadığı və işlədiyi Füzuli regionunda  seçki maarifçiliyi tədbirləri keçirəcək. Bu fəaliyyətlərə seçkilərin vacibliyi və ictimai nəzarətlə bağlı seminarlar, ilk dəfə səs verənlər üçün məsləhət saatları və seçki komissiyalarında seçici siyahılarının və seçici qeydiyyatının monitorinqi daxildir.

 

 HTM İB tərəfindən keçirilən seçki maarifçiliyi fəaliyyətləri layihə çərçivəsində nəşr ediləcək “Seçkilər və Səs vermə” adlı məlumat vərəqəsi ilə gücləndiriləcək.

 

Ümumilikdə layihə 4 mərhələdə icra olunacaq.