İNSAN HÜQUQLARI MÖVZUSUNDA UNİVERSİTETLƏRARASI YARIŞ KEÇİRİLİB

May ayının 22-də Xəzər Universitetində Hüquq Maarifçiliyi Cəmiyyəti, Almaniyanın EED Təşkilatı, Amerika Hüquqşünaslar Assosasiyasının Bakı Ofisi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin təşkilatçılığı ilə İnsan hüquqları sahəsində milli və beynəlxalq qanunvericilik mövzusunda universitetlərarası yarış keçirilib.

Əsas məqsədi insan hüquqları sahəsində milli və beynəlxalq qanunvericiliyin daha dərindən öyrənilməsi və təbliği olan yarışda Bakı Dövlət Universiteti, Polis Akademiyası, Qafqaz Universiteti, Qərb Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquq və beynəlxalq hüquq fakültələrinin tələbələrindən təşkil olunmuş 5 komanda iştirak edib.

Yarış insan hüquqlarına dair rol oyunları, məhkəmə çıxışları, kapitanların yarışı və sual-cavab formalarında keçirilib.

Yarış iştirakçılarının bilik və bacarıqlarını ölkənin nüfuzlu hüquqşünasları, vətəndaş cəmiyyəti qurumlarını təmsil edən 12 nəfərdən ibarət Münsiflər Heyəti qiymətləndirib.

Sonda Bakı Dövlət Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının komandaları finala vəsiqə qazanıblar. Bu komandalar iyun ayında insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq mexanizmlər sahəsində yarışacaqlar.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi isə Azərbaycan Hüquqşünaslar Forumu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Qoliaf Qrup təşkilatı tərəfindən həyata keçirilib.

Previous Post

QHT-LƏR DAŞQIN ZONASINDA HAKİMİYYƏTİN FƏALİYYƏTİNİ TƏNQİD EDİR

Next Post

AZTV-NİN SEÇKİ PROSESİNDƏ İŞTİRAKI MİLLİ MƏCLİSİN SƏLAHİYYƏTİNDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.