İRAN İSLAM RESPUBLİKASINDA HƏBSDƏ OLAN AZƏRBAYCANLI ŞAİRLƏR AİLƏLƏRİNƏ QOVUŞDULAR

Sentyabrın 4-də İranda həbsdən azad edilmiş Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseyn dünən  Biləsuvar sərhəd keçid məntəqəsində İran sərhədini keçərək Azərbaycan ərazisinə daxil olub.

Şəhriyar Hacızadə  “Turan” informasiya agentliyinə bildirib ki, səhhətlərində ciddi problem yoxdur, özlərini yaxşı hiss edir.
Bununla yanaşı o hansı şəraitdə həbs edilmələri, harada saxlanmaları, onlarla həbsdə necə davranılması ilə bağlı suallara cavab verməyib. “Sadəcə çox yorulmuşuq və yaxın günlərdə bununla bağlı mətbuat konfransı keçirib məlumat verəcəyik”, – deyə o qeyd edib.
Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseyn bu il aprelin 29-da İranda keçirilən şer festivalına dəvət edilib. Mayın 2-də şairlər Azərbaycana qayıdarkən Təbriz şəhərində həbs edilib.
İran tərəfi şairlərin bu ölkənin qanunlarının pozduğunu iddia etsə də bunun nədən ibarət olduğunu sonadək acıqlamayıb. Amma İran mətbuatında şairlərin casus olmaları ittihamı ilə iddialar irəli sürülmüşdü.

Previous Post

NATO-AZƏRBAYCAN ƏLAQƏLƏRİ BARƏDƏ HƏRBİ EKSPERT CƏSUR SÜMƏRİNLİ İLƏ MÜSAHİBƏ

Next Post

Elan!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.