JURNALİST TƏQİB OLUNDUĞUNU BİLDİR

“Yüksəliş naminə” qəzetinin müxbiri, AXCP-nın Gənclər Təşkilatının üzvü, jurnalist Elçin Həsənov təqib olunur. Bu barədə yanvarın 22-də  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Həsənovun özü məlumat verib.

Elçin Həsənovun sözlərinə görə, yanvarın 20-də müxalifət liderlərinin  Şəhidlər Xiyabanını ziyarəti zamanı polislə yaranan insident vaxtı onu təqib edən şəxslər də orada olublar:

“Yanvarın 21-də səhər saatlarında  Sumqayıtdan Bakıya gələrkən ağ rəngli ”VAZ-21 07" markalı Az 10 XJ 077 nömrə nişanlı avtomobildə iki şəxs məni təqib edirdi. Həmin şəxslər 20 yanvar günü hadisə baş verəndə də orada idilər və düşünürəm ki, təqib edilməyim məhz həmin insidentlə əlaqəlidir”.

E. Həsənov onu da bildirdi ki, dünən  o evdən  çıxdıqdan sonra  iki mülki geyimdə olan şəxs icazəsiz olaraq,  yaşadığı evə daxil olublar:

“Onlar icazəsiz evə girərək, ailə üzvümdən hansısa bir şəxsin adını çəkərək, o adamın bu evdə yaşayıb yaşamadığını soruşublar və dərhal sonra da çıxıb gediblər. Bu hadisənin təqib edildiyim gündə olmasını təsadüf hesab etmirəm”.

Xatırladaq ki, yanvarın 20-də müxalifət düşərgəsi, İctimai Palatanın üzvləri, quruma daxil olan ictimai-siyasi xadimlər Şəhidlər Xiyabanını ziyarəti zamanı polis qüvvələri ilə insident baş verib. Polis AXCP Gənclər Təşkilatının apardığı “Azadlıq uğrunda öldü şəhidlər, azadlıq görmədi vətəndaşları!” şüarı yazılan plakata etiraz edərək, müxalifət nümayəndələrinin qarşısını kəsdi və plakatı yığışdırmağı tələb etdikdə, gənclərlə polis arasında münaqişə baş yaranıb, polislər bir neçə gəncə qarşı fiziki zor tətbiq edərək,  şüar yazılmış plakatı isə cırıblar.

 

Previous Post

ADINA SOSİAL ŞƏBƏKƏLƏRDƏ AÇILAN SƏHİFƏLƏR EYNULLA FƏTULLAYEVƏ MƏXSUS DEYİL

Next Post

HÜQUQŞÜNASLAR EYNULLANIN AZADLIĞA ÇIXMAĞINDA HÜQUQİ MANEƏ GÖRMÜRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.