
İddiaçı tərəfin nümayəndəsi Fariz Namazov iddiaçının şəxsi videogörüntüsünü əks etdirən videokassetin “Lider” telekanalından alınması, eyni zamanda videoverilişin qeydiyyatının aparıldığı qeydiyyat jurnalının alınması, MTRŞ-nın cavabdeh tərəfdən üçüncü şəxs qismində işdə iştirak etməsinə dair vəsatətlər qaldırıb.
Hakim A. Rzayev işin ekspertizaya göndərilməsi barədə qərar verdi və prosesin qeyr-müəyyən vaxta qədər təxirə salındığını bildirdi.
Xatırladaq ki, Qan Turalı və Natiq Ədilovun Oğuz rayonunda olan təlim zamanı gizli çəkilmiş videosu Lider Televiziyasında yayımlanmışdı və Qan Turalı gizli yolla çəkilmiş video görüntülərin yayılmasının qanunsuz hesab edilməsi, şərəf və ləyaqətin ləkələnməsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə “Lider” televiziyasına qarşı iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edib.