JURNALİSTİN TELEKANALA QARŞI ŞİKAYƏTİ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Bu gün (3 avqust) Yasamal rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə jurnalist Qan Turalının “Lider” televiziyasına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi  keçirilib.

Prosesdə iddiaçının nümayəndəsi Fariz Namazov iştirak etdiyi halda cavabdeh tərəfdən heç kim prosesə qatılmayıb.

            İddiaçı tərəfin nümayəndəsi Fariz Namazov  iddiaçının şəxsi videogörüntüsünü əks etdirən videokassetin “Lider” telekanalından alınması, eyni zamanda videoverilişin qeydiyyatının aparıldığı qeydiyyat  jurnalının alınması, MTRŞ-nın cavabdeh tərəfdən üçüncü şəxs qismində işdə iştirak etməsinə dair  vəsatətlər qaldırıb.

            Hakim A. Rzayev işin ekspertizaya göndərilməsi barədə qərar verdi və prosesin qeyr-müəyyən vaxta qədər təxirə salındığını bildirdi.

            Xatırladaq ki,  Qan Turalı və  Natiq Ədilovun Oğuz rayonunda olan təlim zamanı gizli çəkilmiş videosu Lider Televiziyasında yayımlanmışdı və Qan Turalı gizli yolla  çəkilmiş video görüntülərin yayılmasının qanunsuz hesab edilməsi, şərəf və  ləyaqətin ləkələnməsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə “Lider” televiziyasına qarşı iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edib.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ MƏHKƏMƏ POLİS PROJESİ ni PİSLƏYİR

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ VİDADİ İSGƏNDƏROVUN MƏHKƏMƏSİ QALMAQALLA DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.