JURNALİSTLƏR ÜÇÜN SEÇKİLƏRƏ DAİR TƏLİM KEÇİRİLİB

Sentyabrın 7-də “Demokratik Jurnalistika Məktəbi” İctimai Birliyi “Azərbaycanda 2010-cu il parlament seçkiləri üçün daha əlverişli informasiya məkanının yaradılması” layihəsində iştirak edən KİV-lərin əməkdaşları üçün təlim keçirib.

Təlim zamanı jurnalistlərə seçkilərin izlənilməsi, beynəlxalq standartlar, seçki qurumlarının funksiyaları, parlament seçkilərinin hüquqi bazası mövzularında, həmçinin  seçkilər zamanı jurnalistlərin hüquq və səlahiyyətləri  haqda bilgilər verilib, mütəxəssislər jurnalistlərin suallarını cavablandırılıb. Burada seçki öncəsi siyasi mənzərəni ifadə edən ilk fotosessiya nümayiş etdirilib. Jurnalistlər Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin hazırladığı “Azad seçki” mahnısını isə alqışla qarşılayıb.  

 Xatırladaq ki, “Azərbaycanda 2010-cu il parlament seçkiləri üçün daha əlverişli informasiya məkanının yaradılması” layihəsini Açıq Cəmiyyət İnstitutu Yardım Fondu maliyyələşdirir və məqsəd parlament seçkilərinin KİV-də obyektiv, qərəzsiz və dolğun işıqlanmasına yardım etməkdir. Bunun üçün daha böyük oxucu auditoriyasına sahib olan və müstəqil xəbər yayımında rolu yüksək olan KİV-lər layihə iştirakçısı seçilib. Layihə çərçivəsində bu KİV-lərin seçkidən yazan xüsusi müxbirlərinə təlim keçirilir, onlara texniki yardım göstərilir, seçki ilə bağlı çalışan QHT-lərlə onların əlaqələrinin yaradılmasına, bölgələrə ezam edilmələrinə dəstək verilir.

Previous Post

EYNULLA FƏTULLAYEVİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏNİN HAZIRLIQ İCLASI KEÇİRİLİB

Next Post

BAKIDA İNSAN HÜQUQLARI MÖVZUSUNDA FOTO SƏRGİSİ AÇILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.