“KASPİAN PLAZA”NIN KONFRANS ZALI FƏALİYYƏTİNİ DAVAM ETDİRİR

“Kaspian Plaza“ otelinin  konfrans zalı fəaliyyətini davam etdirir.

Bunu bu gün (02 oktyabr) “Media forum” xəbər saytına otelinin meneceri Əsli Kərimova verib.
Qeyd edək ki, bir müddət bundan  əvvəl “Kaspian Plaza”nın konfrans zalının fəaliyyəti dayandırılmışdı (http://www.irfs.az/content/view/1242/28/lang,az).
Həmin zaman otelin digər meneceri Elşən Süleymanov RATİ-yə bildirmişdi ki, konfrans zalının fəaliyyəti oteldə gedən təmir-tikinti işləri ilə əlaqədar müvəqəti olaraq dayandırılır.
Ə.Kərimova isə  bildirib ki, hazırda təmir işlərinin dayandığına görə konfrans zalının fəaliyyətini davam etdirmək qərarına gəliblər: “Hələ ki, təmirlə bağlı heç bir səs-küy yoxdur. O səbəbdən də sifarişlərin qəbul edilməsini dayandırmamışıq”.
Menecer sentyabrın 27-dən sonra konfrans zalında hər hansı bir tədbirin keçirilməsi üçün sifariş qəbul edilmədiyini də bildirib.

 
 
                          

Previous Post

PROKURORLUQ “YENİ MÜSAVAT” QƏZETİNƏ XƏBƏRDARLIQ ETDİ

Next Post

ARTIQ AĞRIKƏSİCİLƏR QƏNİMƏT ZAHİDƏ KÖMƏK ETMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.