KOLLEC DİREKTORUNUN “GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİASINA BAXILIB

Bu gün (07 aprel) Yasamal rayon Məhkəməsində hakim Xəqani İsmaylovun sədrliyi ilə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bilman Vəliyevin “Gündəlik Bakı” qəzetinə qarşı mülki qaydada qaldırdığı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev iddiaya səbəb olan yazılarda təhqiredici ifadələrin olmadığını bildirdi. Hakim Habil Vəliyevə iddiaya səbəb olan 19 məqalənin müəlliflərinin dəqiqləşdirilməsi ilə bağlı arayış təqdim etməli olduğunu bildirdi və növbəti prosesi 13 aprel saat 15:00-a təyin etdi.
Qeyd edək ki, iddiaçı sözü gedən 19 məqalədə şərəf və ləyaqətinin alçaldıldığını və təhqir edildiyini iddia edir və cavabdehin ondan üzr istəməsini, habelə təkzib verməsini tələb edir.

Previous Post

QHT-LƏR VƏ KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ SAHƏSİNDƏKİ QEYRİ ŞƏFFAFLIQ TƏNQİD EDİLDİ

Next Post

AZTV-NİN SABİQ REJİSSORUNUN İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.