MƏDƏNİYYƏT KANALI DA AZTV-YƏ VERİLDİ

Milli Televiziya və Radio Şurasının (MTRŞ) mədəniyyət kanalının açılması ilə bağlı elan etdiyi müsabiqəsinin qalibi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) olub.

MTRŞ-nin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilir ki,  qurumun 30 iyul 2010-cu il tarixli qərarı ilə ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində  televiziya üzrə 44-cü tezlik resursuna 04 avqust  2010-cu il tarixdən 04 sentyabr 2010-cu il tarixədək müsabiqə elan edilmiş, müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə suranın 06 sentyabr 2010-cu il tarixli qərarına əsasən müsabiqə baş tutmamış hesab edilmişdir.
“Milli Televiziya və Radio Şurasının 06 sentyabr tarixli qərarı ilə 07 sentyabr 2010-cu il tarixdən 07 oktyabr 2010-cu il tarixədək yenidən müsabiqə elan edilmişdir. Müsabiqədə yalnız bir iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti iştirak etmişdir. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15.5-ci  və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.10-cu (İkinci dəfə elan edilmiş müsabiqədə iddiaçıların sayı 3-dən az olarsa şura iddiaçıya televiziya və radio yayımı üçün xüsusi razılıq (lisenziya) vermək səlahiyyətinə malikdir (MTRŞ-nın 27 aprel 2007-ci il tarixli  iclas qərarı ilə Qaydalara 2.1.10-cu bənd əlavə edilmişdir) bəndinin tələblərini rəhbər tutaraq Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti  müsabiqənin qalibi elan etmişdir”, – deyə məlumatda bildirilir.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 22.10.2010

Next Post

BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİNƏ DAİR MƏRUZƏ HAZIRLAYIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.