MƏHKƏMƏ “ÖLKƏ” QƏZETİNİ CƏRİMƏLƏDİ

Bu gün (13 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Elşən Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hakim “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə qarşı iddiasını təmin edərək, qəzetin 4 min manat cərimələnməsi barədə qərar verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanov məlumat verib. Baş redaktor qərarı ədalətsiz hesab etdiyini deyərək, qərardan apellyasiya şikayəti verəcəklərini bildirdi.

Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir?” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib. İddia ərizəsində göstərilib ki, cavabdehlərdən məhkəmə qərarı ilə tutulacaq bütün məbləğ Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın hesabına köçürülsün.

Qeyd edək ki, “Ölkə” qəzeti 2008-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunur.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 13 SENTYABR

Next Post

YAZDIĞI YAZISINA GÖRƏ JURNALİST POLİS BÖLMƏSİNDƏ İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.