MƏLAHƏT NƏSİBOVAYA “RAFTO” MÜKAFATI TƏQDİM EDİLİB

2009-cu ilin İnsan Hüquqları üzrə Rafto mükafatı noyabrın 1-də azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Məlahət Nəsibovaya verilib.

“Azadlıq” radiosunun məlumatına görə, mükafatın təqdimetmə mərasimi Norveçin Bergen şəhərindəki Milli Teatrda baş tutub.

O, azad və müstəqil mətbuat yolunda göstərdiyi sarsılmaz əməyinə  və cəsurluğuna görə bu mükafata layiq görülüb.
Məlahət Nəsibova mükafatın təqdimetmə mərasimində məruzə  edib. O, məruzəsində Azərbaycanda söz azadlığının vəziyyətində diqqəti çəkib, ölkədə azad fikirli jurnalistlərin təqib olunduğunun, həbs edildiyini deyib. “Mən istərdim ki, bu gün burada mənim həmkarlarım Qənimət Zahid, Eynulla Fətullayev, gənc bloqerlər Emin Milli və Adnan Hacızadə, həmçinin başqa jurnalistlər olsun, ancaq bu mümkün deyil, çünki onlar hazırda həbsdədirlər” – deyən M.Nəsibova hazırda Azərbaycanda bir neçə jurnalistin məhz peşə fəaliyyətinə görə həbs edildiyini vurğulayıb.

Qeyd edək ki,  Məlahət Nəsibova Azad Avropa/Azadlıq radiosunun və “Turan” informasiya agentliyinin müxbiridir. O həmçinin Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişafının Resurs Mərkəzinə rəhbərlik edir.

Previous Post

SABAH “YENİ ZAMAN” PARTİYASININ KASSASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ

Next Post

“AMERİKANIN SƏSİ” VƏ “AZADLIQ” RADİOLARININ “TÜRKSAT” PEYKİNDƏ YAYIMI DAYANDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.