MƏTBUAT ŞURASI EMİN HÜSEYNOVUN “SƏS” QƏZETİ İLƏ BAĞLI ŞİKAYƏTİNƏ BAXIB

Bu gün (26 sentyabr) Mətbuat Şurasının Şikayətlər Komissiyasının növbəti iclası keçirilib.

İclasda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun "Səs" qəzetində çap olunmuş məqalə ilə bağlı verdiyi şikayətə baxılıb. Mətbuat Şurasının katibi Rəhim Hüseynzadənin RATİ-yə verdiyi məlumata görə, iclas zamanı “Səs” qəzetinin etik qaydaları pozması, təhqir elementlərinə yol verməsi və müxtəlif mənbələrə istinad etməməsi barədə rəy çıxarılıb. Hüseynzadə qarşı tərəfin iradlarla razılaşdığını bildirdi.
Xatırladaq ki, avqustun 22-də keçirilən iclas zamanı “Gündəlik Bakı” və “Hürriyyət” qəzetləri ilə bağlı şikayətlərə baxılmış, mübahisələr qarşılıqlı razılaşma ilə həll edilmişdi. Belə ki, hər iki qəzetin nümayəndələri məqalənin səhvən verildiyini etiraf etmişlər və Hüseynovun mövqeyini verməyə hazır olduqlarını bildirmişdilər. “Səs” qəzetinin nümayəndəsi avqustun 22-də keçirilən iclasda iştirak etmədiyindən qəzetlə bağlı şikayətə bu gün baxılıb.

Previous Post

“AZADLIQ” QƏZETİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

PROKURORLUQ “YENİ MÜSAVAT” QƏZETİNƏ XƏBƏRDARLIQ ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.