“MEDİA AÇARI” MÜSABİQƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB

 “Media açarı” mükafatının təsisçiləri sırasına daha bir qurum qatılıb. Bu Azərbaycan Jurnalistlər Birliyidir. Bunu  “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu gün (29 may) Azərbaycan Media Mərkəzində keçirilən mətbuat konfransında açıqlayıb.

“Media forum” xəbr  saytının məlumatına görə, A.Əliyev deyib ki, mükafatın təsisçiləri sırasına qatılmaq üçün bir neçə qurum müraciət edib. Lakin indiki halda yalnız bir qurumun qəbul edilməsi qərara alınıb. Daha iki qurum var ki, onların məsələsinə “Media açarı -2009” mükafatı qaliblərinin adları elan edildikdən sonra baxılacaq.
Sonra A.Əliyev “Media açarı-2009”un əsasnaməsində dəyişiklik olduğunu deyib. Bildirib ki, bu il nominasiyaların sayı 10-a çatdırılıb. İnternet qəzetlərdə, saytlarda dərc olunan yazıların da “Media açarı” uğrunda mübarizə aparılmasına şərait yaradılıb. A.Əliyev həmin nominasiyalar barədə geniş məlumat verməyib və bildirib ki, yaxın vaxtda üzərində müəyyən dəyişiklik aparılmış əsasnamə mətbuatda dərc olunacaq. Daha bir yenilik hər nominasiya üzrə yalnız bir qalibin elan edilməsidir. Yəni bir qalib elan olunacaq, ona diplom, müəyyən miqdarda pul və “Media açarı” veriləcək. Lakin bu yeniliklə bağlı təsisçilər son fikir söyləməyiblər, bunu bir daha müzakirə edəcəklər.
Hər il olduğu kimi, yazıların qəbulu iyun ayının 1-dən 30-dək davam edəcək. İnternetdə gedən yazıların isə elan olunan ünvana linkləri göndəriləcək.
A.Əliyevin sözlərinə görə, yeniliklərdən biri də mükafatın təqdimetmə günü ərəfəsində müəyyən tədbirlərin – dəyirmi masaların, debatların, seminarların keçirilməsi ilə bağlıdır. Birlik sədri bu tədbirlərin əsasən regionlarda baş tutacağını deyib. “Media açarı” mükafatının sponsoru yenə “Azercell” şirkətidir. Mükafat hər il iyulun 22-də – Azərbaycan Jurnalistikası Günü verilir
Previous Post

HEARING CONDUCTED ON TURAN-SERVICE’S LAWSUIT

Next Post

“MEDİA AÇARI” MÜSABİQƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.